Donald Tramp bildirib ki, administrasiyası Suriya ilə münasibətlərin normallaşdırılması imkanını araşdırır. Bu açıqlamanı o, Əsəd rejiminə son qoyan qüvvələrin lideri, Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şəraa ilə görüşdən sonra verib.

Bir neçə ay əvvəl mümkünsüz görünən bu qeyri-adi görüş qısa, amma əhəmiyyətli olub. Tramp, Ər-Riyadda keçmiş Əl-Qaidə üzvü olmuş suriyalı döyüşçü ilə 37 dəqiqəlik görüşdən sonra “Düşünürəm ki, onun potensialı var,” - deyə bildirib.
Onun öhdəsinə verilən 10 milyon dollarlıq ABŞ mükafatı yalnız dekabr ayında ləğv edilib.
Zəngin Səudiyyə kral sarayında yayımlanan video görüntülərdə, tərcüməçi vasitəsilə aparılan söhbət zamanı müəyyən ilkin narahatlıq hiss olunub.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
