Bu gün:

İsrail Qəzzanın şimalına zərbə endirib


Yerli xəstəxanadan verilən məlumata görə, İsrailin Qəzzanın şimalında gecə saatlarında həyata keçirdiyi bir sıra hava zərbələri nəticəsində ən azı 48 fələstinli həlak olub.

İndoneziya xəstəxanası bildirib ki, Cəbəliya qəsəbəsində və qaçqın düşərgəsində bir sıra evlərin vurulması nəticəsində ölənlər arasında 22 uşaq və 15 qadın var. Sosial mediada paylaşılan videoda görünən döşəmədə ən azı onlarla cəsədin göründüyü ortaya çıxıb. 

İsrail ordusu xəbərləri araşdırdığını bildirib. Çərşənbə axşamı gecə Fələstin silahlı qruplaşmasının İsrail ərazisinə raket zərbələri endirməsindən sonra Cəbəliyyə və ətraf rayonların sakinlərini təxliyyə etmələri barədə xəbərdarlıq edib.

Bu, BMT-nin humanitar məsələlər üzrə rəhbərinin BMT Təhlükəsizlik Şurasının üzvlərini Qəzzada "soyqırımın qarşısını almaq" üçün hərəkətə keçməyə çağırdığı vaxta təsadüf edib.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et