Bu gün:

Zelenski Putinlə birbaşa danışıqlar üçün "əlindən gələni edəcəyini" vəd edib


Ukrayna Prezidenti Vladimir Zelenski Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyənin paytaxtı Ankaraya gedəcəyini və cümə axşamı İstanbulda rusiyalı həmkarı Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib.

“Bu görüşün baş tutmasını təmin etmək üçün hər şeyi edəcəyik”,- deyə o, təcili təşkil olunmuş brifinqdə jurnalistlərə açıqlama verib.

Rusiya tərəfi hələlik İstanbula kimin gedəcəyini açıqlamayıb, yalnız Prezident Putin lazım bildiyi vaxt elan olunacağı bildirilib. Qeyd edək ki, Putin və Zelenski sonuncu dəfə 5 il yarım əvvəl görüşüblər.

İki ölkə arasında son birbaşa danışıqlar 2022-ci ilin martında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ilk həftələrində İstanbulda baş tutub.

Zelenski şəxsən səfər edəcəyini və Rusiya prezidentinin də gəlişinə hazır olduğunu bildirməzdən əvvəl, Putin ilk olaraq Türkiyənin ikinci böyük şəhərində "şərtsiz" birbaşa danışıqlara çağırış edib.

ABŞ-nin də yüksək səviyyəli nümayəndə heyəti göndərəcəyi gözlənilir.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et