Bu gün:

PKK-nın dağılma qərarına reaksiyalar


Abdullah Öcalanın çağırışı ilə ötən günlərdə qurultayını toplayan PKK-nın təşkilatın ləğv olunduğunu elan etməsindən sonra siyasətçilərdən bir-birinin ardınca dəstək mesajları gəlib.Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib: “Bu gün qazanan sülh və qardaşlıqdır. Bu gün qazanan siyasət və demokratiyadır.”

Baxçalı verdiyi yazılı açıqlamada prezident Rəcəb Tayyib Ərdoğana “PKK-nın qurucu lideri” adlandırdığı Abdullah Öcalana, həmçinin görüşləri həyata keçirən DEM Partiyasına və onun nümayəndələrinə təşəkkür edib.

O, mesajında qeyd edib ki, Suriyada silahların yerə qoyulması, yaraqlıların gələcək statusu, PKK-YPG münasibətləri kimi məsələlərin hüquqi və strateji çərçivəsi ayrıca müzakirə olunmalıdır.

Xarici işlər naziri Hakan Fidan da bu qərarı “tarixi və əhəmiyyətli” adlandıraraq “Bu qərarı xüsusilə qalıcı sülh və sabitlik baxımından çox vacib hesab edirəm. Bu qərardan sonra həyata keçirilməsi lazım olan praktik addımlar var və biz bunları yaxından izləyəcəyik”,–deyə bildirib.

Mənbə:BBC NEWS

Tərcümə etdi:Səmayə Səftərova

Paylaş
Şərh əlavə et