Hindistan və Pakistanın yüksək səviyyəli hərbi rəsmiləri həftə sonu aralarında razılaşdırılmış atəşkəsin daha incə detallarını müzakirə etmək üçün bazar ertəsi çıxış etməlidirlər.
ABŞ-nin vasitəçiliyi ilə nüvə silahına malik qonşular arasında atəşkəs hər iki tərəfdən təxminən dörd gün davam edən intensiv atəş və hava hücumlarından sonra bir gecədə saxlanılıb.
Şənbə günü Prezident Donald Tramp Hindistan və Pakistan arasında atəşkəs elan edilərək, "çox sayda insanın ölümünə və məhvinə səbəb ola biləcək hazırkı təcavüzü dayandırmağın vaxtıdır",-deyib.
Hər iki ölkə o vaxtdan bəri hərbi əməliyyatları dayandırıb, lakin atəşkəs rejiminin pozulmasının nəticələri barədə bir-birlərini xəbərdar edərək ayıq-sayıq olduqlarını bildirirlər.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
