Bu gün:

Trampın xüsusi nümayəndəsi İsraili tənqid edir


ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff bildirib ki, Benyamin Netanyahunun rəhbərlik etdiyi İsrail hökuməti Qəzzada müharibəni uzadır.

İsrailin Kanal 12 Televiziyasının məlumatına görə, Vitkoff bu açıqlamaları Qəzzada israilli məhbusların ailələri ilə keçirilən görüş zamanı verib. Görüşün harada və nə vaxt baş tutduğu açıqlanmasa da, hesabatda Vitkoffun belə dediyi bildirilir: “Biz məhbusları geri qaytarmaq istəyirik, lakin İsrail hələ müharibəni bitirməyə hazır deyil.”

Baş nazir Netanyahu isə Vitkoffun rəhbərlik etdiyi hökumətin Qəzzadakı mövqeyini sərt şəkildə tənqid edərək deyib: “Hökumət irəliyə doğru dəqiq bir yol görmədiyimiz halda və razılığa ehtiyac duyulduğu bir zamanda müharibəni uzadır."

Vitkoffun bu tənqidləri ABŞ-nin keçmiş prezidenti Donald Trampın bölgəyə — Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini əhatə edəcək səfərindən əvvəl səsləndirilib. Eyni zamanda bu tənqidlər İsrailin Qəzzada müharibəni genişləndirmək planları hazırladığı həssas dövrə təsadüf edib.

Mənbə:TRT HABER

Tərcümə etdi:Fidan Fərhad

Paylaş
Şərh əlavə et