Bu gün:

Ana olmağa hazır olduğunuzu göstərən 7 əlamət


Uşaq sahibi olmaq həyati bir qərardır. Bu qərardan sonra məsuliyyətli və planlı hərəkət etmək lazımdır. Bəs ana olmağa hazır olduğunuzu necə anlayarsınız?


1.Ailədə ev heyvanı saxlamaq istəyi

Bir ev heyvanı almaq, onun həyatını asanlaşdırmaq, bəsləmək və ona qulluq etmək istəyirsinizsə, bu uşaq sahibi olmağın göstəricisidir.

2.Evdə daha çox zaman keçirməyə üstünlük verilməsi

Çölə çıxmaq və restoranda yemək yemək əvəzinə, evdə qalmağa önəm verirsinizsə, körpənin gəlişinə daha asan uyğunlaşa bilərsiniz.

3.Ana olmağı xəyal etmək

Qucağınızda bir uşağınız olduğunu xəyal edirsinizsə və ya uşağın əlindən tutub gəzdirmək uşaq sahibi olmağa hazır olduğunuzun işarəsidir. Bu, emosional olaraq şüuraltınızın bir uşaq sahibi olmağa can atdığını göstərir.

4.Uşaqları sevimli və möcüzəvi varlıq hesab edirsinizsə

Başqalarının uşaqlarını bütün görünüşlərində şirin hesab edirsinizsə, ana olmağa hazır olmağınız tamamilə mümkündür.

5 . Boş otağınızda sanki nəsə çatmırsa

Evinizdəki boş bir otaqda sanki dəyərli nəsə çatmır və körpə səsi eşitmək istəyiniz buna sübutdur.

6.Uşağınızın adını əvvəlcədən fikirləşib, yaxın ailə üzvləri ilə bölüşməkKörpəniz üçün bir ad seçmisinizsə və yaxınlarınızla paylaşmısınızsa, ana olmaq üçün tələsin.


Mənbə: ntv

Tərcümə etdi:Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et