
Rusiya prezidenti Vladimir Putin mayın 15-də Avropa liderlərinin Moskvanı 30 günlük atəşkəsi qəbul etməyə çağırmasından bir neçə saat sonra Ukraynanı “birbaşa danışıqlara” dəvət edib.
Gecə yarısı Kremldən yayımlanan televiziya çıxışında Putin deyib ki, Rusiya “davamlı və güclü sülhə doğru irəliləmək” üçün “ciddi danışıqlar” istəyir.
Şənbə günü səhər Böyük Britaniyanın baş naziri Ser Keir Starmer Fransa, Almaniya və Polşadan olan həmkarları ilə Kiyevə gedib, Rusiyaya bazar ertəsindən qeyd-şərtsiz atəşkəsə əməl etməsi üçün təzyiq göstərib.
Kremlin sözçüsü Dmitri Peskov daha sonra deyib ki, Moskva "bu barədə hərtərəfli düşünməlidir",- lakin xəbərdarlıq edib ki,-"bizə təzyiq etmək cəhdi tamamilə faydasızdır".
Putin bildirib ki, danışıqların Rusiya və Ukrayna arasında “yeni atəşkəs” razılaşması ilə nəticələnə biləcəyi ehtimalını istisna edə bilməz. Lakin o, 30 günlük atəşkəs çağırışlarına birbaşa müraciət etməyib.
Rusiya lideri təklif olunan danışıqların əvvəlki kimi Türkiyənin İstanbul şəhərində keçirilməsinin lazım olduğunu və bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək detalları müzakirə edəcəyini bildirib.
Kiyev dəvətə cavab verməyib.
Mənbə: BBC News
Tərcümə etdi: Asiman Vəliyeva
