Nüvə silahlarına sahib iki ölkənin atəşkəs elan etməsi son on il ərzində yaranan ən dəhşətli müharibənin baş verməsinin qarşısını alır.
Ölkələr arası gərginliyin baş qaldırması ötən ay Kəşmirin Hindistan idarəsində olan hissədə bir turistin qətlə yetirilməsi ilə baş verib. Bunun ardınca Çərşənbə günü sərhədlər arası hücumlar başlayıb.
Şənbə günü 17:00 ərəfələrində isə ABŞ prezidenti Donald Trump Hindistan və Pakistanın sülh elan etdiyini paylaşıb. ABŞ dövlət katibi Marko Rubio isə Pakistanla Hindistanın yalnız sülh elan etmədiyini, həm də yaxın günlərdə yenidən danışıqlar etməyə razılaşdıqlarını da bildirib. Həmçinin Rubio qeyd edir ki, ölkələrin sülhə razılaşmağı üçün hər iki ölkənin rəsmiləri ilə iki gündür danışıqlar aparıb.
Pakistan mətbuatı Donald Trumpın bölüşdüyü sülh xəbərini təsdiqləyib. Həmçinin Baş nazir Şehbaz Şərif Donald Trampın sülh üçün regionda olan fəal roluna görə minnətdarlığını bildirib.
Hindistan mətbuatı isə sülhdə Trumpın rolunu Pakistan qədər yüksək qiymətləndirmir və yeni danışıqlarla bağlı xəbərlə razılaşmır.
“Hindistan heç vaxt heç bir münaqişədə vasitəçiliyi qəbul etməyib — nə Hindistan-Pakistan, nə Hindistan-Çin, nə də başqa bir məsələ üzrə,” – deyə Vaşinqtonda yerləşən Hudson İnstitutunun Hindistan və Cənubi Asiya üzrə tədqiqatçısı Dr. Aparna Pande bildirib.
Mənbə: CNN
Tərcümə etdi: Rəna Qarayeva
