Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Görüşdə Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

“Türkiyə danışıqlara ev sahibliyi etməyə hazırdır”
Prezident Ərdoğan görüş zamanı Rusiya prezidenti Putinə Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının qaldıqları yerdən İstanbulda davam edəcəyinə dair açıqlamasının müsbət qarşılandığını və Türkiyənin qalıcı həllə aparan danışıqlara ev sahibliyi etməyə hazır olduğunu ifadə edib. Prezident Ərdoğan sülhə nail olmaq üçün fürsət pəncərəsinin açıldığını və hərtərəfli atəşkəsin sülh danışıqları üçün lazımi mühiti yaradacağını vurğulayıb.
Putin: Mən danışıqlar üçün prezident Ərdoğandan xahiş edəcəm:
Rusiya prezidenti Vladimir Putin mayın 15-də İstanbulda Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqların bərpasını təklif edib.
Putin Rusiya-Ukrayna danışıqlarının təşkilində Türkiyənin roluna diqqət çəkib və məsələ ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini bildirib. Rusiya ilə Ukrayna arasında danışıqların təşkili üçün Türkiyənin bir sıra təkliflər verdiyini xatırladan Putin bu tədbirin təşkilində prezident Rəcəb Tayyib Ərdoğanın da çox iş gördüyünü bildirib.
Mənbə: TRT haber
Tərcümə etdi: Ayşən Səlimova
