
Həyatımızda yaşamı, gecə-gündüzü, fəsilləri idarə edən Günəş olmasaydı, Yer üzündə baş verə biləcək hadisələr nəyə səbəb olardı?
Günəş işığının Yer kürəsinə gəlməsi 8 dəqiqə çəkir, axşam Günəş batması isə 8-9 dəqiqə ərzində baş verir. Günəş çıxmasaydı, təyyarələr yolunu azar və gəmilər də səmtlərini itirərdi. Bütün Yer üzü əbədi qaranlığa qərq olardı.
Ay görünməz olardı
Gecə səmaya baxanda zövq verən şey ulduzları izləməkdir. Ancaq bu mənzərəni lap əla edən Aydır. Günəş olmasa, Ay öz işığını Yerə əks etdirə bilməz. Həmçinin 8-9 dəqiqədən sonra cazibə qüvvəsi tamamilə dayanar və Yer Günəş ətrafında dönməyi dayandırar və ancaq kosmosda düz bir xəttlə hərəkət etməyə başlayar.
Həyat yalnız okeanda davam edər
1 saatdan sonra temperatur sürətlə düşməyə başlayacaq. Yerin səthi tədricən soyuyacaq və Yer öz nüvəsi ilə istiləşməyə çalışacaq. İlk 24 saatdan sonra temperatur 5-7 dərəcə aşağı düşməyə meylli olacaq və bəzi bitkilər məhv olmağa başlayacaq. Okeanda günəşə ehtiyac duymayan canlılar soyuq mühitdə yaşamağa davam edəcəklər.
Mənbə: Habertürk
Tərcümə etdi: Tərlanə Abdullayeva
