Bu gün:

Donald Tramp ABŞ-Çin danışıqlarını tərifləyib


Donald Tramp İsveçrədə Amerika və Çin rəsmiləri arasında danışıqların ilk günündən sonra ABŞ-Çin ticarət əlaqələrində tamamilə sıfırlama olduğunu söyləyib. 

Sosial şəbəkələrdəki paylaşımında ABŞ prezidenti danışıqları çox yaxşı adlandırıb və dəyişikliyin dost, lakin konstruktiv şəkildə müzakirə edildiyini bildirib.

Vaşinqton və Pekin arasında artan ticarət müharibəsi ABŞ prezidentinin ABŞ-Çin idxalına 145% rüsum tətbiq etməsi ilə nəticələnib. Çin bəzi ABŞ mallarına 125% rüsum tətbiq edib.

Aylarla davam edən gərginlikdən sonra, Trampın ilin əvvəlində Çinə tarif tətbiq etməsindən sonra iki ölkə ilk dəfə bu həftə sonu Cenevrədə görüşəcək. 


Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov


Paylaş
Şərh əlavə et