Bu gün:

Putin: Biz Kiyevlə danışıqlara yenidən başlamaq istəyirik


Rusiya prezidenti Vladimir Putin mayın 15-də İstanbulda Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqların bərpasını təklif edib. Putin Rusiya-Ukrayna danışıqlarının təşkilində Türkiyənin roluna diqqət çəkib və məsələ ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini bildirib.Rusiya Prezidenti Vladimir Putin 9 May – Qələbə Günü münasibətilə keçirilən tədbirlərdən və xarici ölkələrin liderləri ilə görüşündən sonra jurnalistlərə açıqlama verib. ABŞ-nin Ukraynada enerji infrastrukturu ilə bağlı təklif etdiyi atəşkəsi, həmçinin özünün Pasxa və Qələbə bayramlarında təklif etdiyi atəşkəs rejimini qəbul etmədiyini xatırladan Putin Rusiyanın Ukrayna ilə dialoqdan heç vaxt imtina etmədiyini bildirib.

Bu kontekstdə Putin hər şeyə rəğmən Kiyev hakimiyyətinin 2022-ci ilin sonunda dayandırdıqları danışıqlara yenidən başlamağı təklif etdiklərini vurğulayaraq deyib: “Biz birbaşa danışıqların xüsusilə ilkin şərt olmadan əvvəllər heç bir fasilə verilmədən başlandığı İstanbulda mayın 15-i cümə axşamı günü bərpa olunmasını təklif edirik."

Mənbə:TRT HABER

Tərcümə etdi:Fidan Fərhad

Paylaş
Şərh əlavə et