Bu gün:

Prezident Ərdoğan Albaniyanın Baş naziri ilə görüşüb


Prezident Rəcəb Tayyib Ərdoğan Albaniyanın Baş naziri Edi Rama ilə telefon danışığı aparıb. Görüşdə prezident Ərdoğan bazar günü Albaniyada keçiriləcək parlament seçkilərinin xeyirli olmasını arzuladığını bildirib.

Görüşdə Türkiyə ilə Albaniya arasında ikitərəfli əlaqələr, regional və qlobal hadisələr müzakirə edilib. Prezident Ərdoğan görüşdə Türkiyənin Albaniya ilə dostluğa və dialoqa önəm verdiyini və iki ölkə arasında əməkdaşlığın qarşıdakı dövrdə daha da güclənəcəyini bildirib.

Avropa Siyasi Birliyinin və Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi Zirvələrinin Albaniyada keçirilməsinin Albaniyanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olduğunu bildirən Ərdoğan uğurlar arzulayıb.


Mənbə:A haber

Tərcümə etdi:Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et