2004-cü ildə Ekvatorial Qvineyada baş tutmayan çevriliş cəhdində iştirak edən keçmiş Britaniya ordusu zabiti və muzdlu döyüşçü Simon Mann idman edərkən infarkt keçirərək vəfat edib.
72 yaşlı Mann vaxtilə Qərbi Afrika ölkəsinin prezidentini devirmək planında iştirak edib. O, bu cəhddən öncə müxtəlif münaqişə zonalarında təhlükəsizlik xidmətləri göstərərək milyonlarla funt-sterlinq gəlir əldə edib.
Çevriliş cəhdinə görə Mann silah qaçaqmalçılıq ittihamı ilə 34 il müddətinə azadlıqdan məhrum edilib. Lakin o daha sonra bu planın "memarı deyil, sadəcə meneceri" olduğunu bildirib.
2009-cu ildə keçmiş SAS komandosu əfv olunaraq azadlığa buraxılıb və ölkəni tərk etməsi üçün ona 48 saat vaxt verilib.
Çevriliş planı Ekvatorial Qvineya prezidenti Teodoro Obiang Nguema Mbasogo-nu devirmək məqsədi daşıyıb. Mann və digər sui-qəsdçilər bu cəhdin məqsədinin mühacirətdə olan müxalifət lideri Severo Motonu hakimiyyətə gətirmək olduğunu deyiblər. Hadisə ilk dəfə Zimbabvenin paytaxtı Hararedə Cənubi Afrikadan gələn bir təyyarənin polis tərəfindən saxlanılması ilə üzə çıxıb. Mann və 60-dan çox şəxs muzdlu olmaqları iddiası ilə həbs olunub. Onlar isə Konqo Demokratik Respublikasında mədən təhlükəsizliyini təmin etdiklərini bildiriblər.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva