Bu gün:

Himalay duzundan necə istifadə etmək olar?


Himalay duzu sayəsində özünüzü daha müsbət enerji ilə əhatə edə bilərsiniz.

Çəhrayı Himalay duzu Himalay dağlarının ətəklərinə yaxın bir bölgədə Pakistan mənşəli bir qaya duzu növüdür. Bu duzun min il lava və sonra buzda basdırıldığı deyilir. Buna görə də bugünkü toksinlərə məruz qalmır. Qidanıza bir qədər Himalay duzu əlavə etmək vücudunuzun elektrolitləri balaslaşdırmağa kömək edəcək. Himalay duzunun başqa faydaları da var:

• Hüceyrələrin içərisində və xaricində suyun tərkibini tənzimləyir.

• Bədəninizin pH səviyyəsini balanslaşdırır

• Metabolik funksiyalara kömək edir

• Sümükləri gücləndirir

• Qan təzyiqini tənzimləyir

• Qan dövranını yaxşılaşdırır

• Bağırsaqlarınızda qida maddələrinin udulmasına kömək edir

• Bədəninizdən toksinləri çıxarır

Himalay duzu  yalnız yeməklərdə istifadə edilmir. Təbii daş sayıla biləcək bu duzdan fərqli şəkildə istifadə edib müxtəlif faydalar əldə etmək mümkündür.

Himalay duzundan necə istifadə etmək olar?

Bu çəhrayı duzdan həm öz enerjinizi, həm də yaşayış yerinizi təmizləmək üçün istifadə edə bilərsiniz. Bir neçə gün saxladığınız bir parça duz neqativ enerjini özünə çəkir. Onları təmizləyici su ilə həll edib uzaqlaşdıra bilərsiniz.

Mənbə : Habertürk

Tərcümə etdi : Samirə İsmayılova

Paylaş