Bu gün:

Dünyada digər cəbhədə də döyüş başlayıb


Hindistan Pakistana döyüş təyyarələri və hava-yer raketləri ilə hücum edib. Pakistan ordusu da Hindistandan qisas alıb. Hərbi mənbələr dörd hərbi bazanın hədəfə alındığını qeyd edib.

Pakistan Ordusu Hindistanın hücumlarında 3 hərbi bazanı hədəf aldığını açıqlayıb. Hücumlarda döyüş təyyarələrindən istifadə edilib. Bildirilib ki, Pakistan hava qüvvələri hücumlardan təsirlənməyib. Qeyd edilib ki, raketlərin əksəriyyəti hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Məhv edilə bilməyənlərin hədəflərini vura bilməyəcəyi vurğulanıb. Hücumda istifadə edilən raketlərin elektron imzalarının əllərində olduğunu deyən ordu sözçüsü: "Raketlərin haradan gəldiyini bilirik",- deyib.

Pakistan hava məkanı təxminən 9 saat ərzində bütün uçuşlar üçün bağlanıb. Hindistana bu hücumlara cavab veriləcəyi bildirilib. Hindistanın 4 hərbi bazası hədəfə alınıb. Pakistan ordusu verdiyi açıqlamada Hindistanın üç şəhərində hava limanlarını hədəf alan raket hücumlarına cavab verdiyini bildirib. Hindistanın Surat Garh, Sirsa, Bathinda və Akhnoor hava limanlarının əks-hücumda hədəf alındığı bildirilən açıqlamada Hindistanın S-400 hava hücumundan müdafiə sisteminin də Pakistan Hərbi Hava Qüvvələrinə aid J-17 döyüş təyyarəsi tərəfindən hipersonik raketlə məhv edildiyi qeyd edilib. Açıqlamada Hindistandakı bir çox hərbi məntəqələrinin hədəfə alındığı bildirilib.

G7 ölkələrindən gərginliyi azaltmağa çağırın

Hindistan və Pakistan arasındakı münaqişənin həlli istiqamətində də səylər davam edir. Ağ Evin sözçüsü Karolin Leavitt bəyan edib ki, ABŞ administrasiyası bu məsələnin ən qısa zamanda həllini istəyir. Katib Rubio hər iki ölkənin liderləri ilə daim əlaqə saxlayır, bu münaqişəni həll etməyə çalışır. G7 ölkələri də bölgədəki gərginliklə bağlı açıqlamalar veriblər. Hər iki ölkə gərginliyi azaltmağa çağırılıb.

Mənbə:TRT haber

Tərcümə etdi:Ayşən Səlimova

Paylaş
Şərh əlavə et