Türkiyənin Çanaqqala bölgəsində yerləşən qədim Troya şəhərinin qalıqları üzərində aparılan son tədqiqatlar arxeoloqları mühüm bir tapıntı ilə qarşılaşdırıb. Şəhər daxilində aparılan qazıntılar zamanı eramızdan əvvəl 3000-ci illərə aid böyük bir qapı və yeni qala divarı aşkar edilib. Bu kəşf Troya şəhərinin tarixinin daha dərindən öyrənilməsinə və qədim yunan mədəniyyəti barədə yeni məlumatların əldə olunmasına imkan yarada bilər.Arxeoloqlar tapılan bu yeni strukturun şəhərin müdafiə qabiliyyətini və həmin dövrdə nə qədər güclü olduğunu ortaya qoyduğunu bildirirlər. Qədim Troya şəhəri Homerin “İliada” dastanına əsasən, Troya müharibəsinin mərkəzi kimi tarixə düşüb. Bu yeni tapıntılar şəhərin tarixi əhəmiyyətini bir daha təsdiqləyir və arxeologiya sahəsində yeni tədqiqatlara zəmin yaradır.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova