Bu gün:

Hər kəsin həyatında olması lazım olan 10 dost tipi


Hər kəs bilir ki, dostluq xoşbəxt həyat üçün əvəzolunmazdır. Hər kəsin həyatında olması lazım olan dost tipləri var:

Əyləncəli dost
Hər bir insanın həyatında günü nə qədər pis olsa da, onu güldürəcək, xoş hiss etdirə biləcək bir dostu olmalıdır.

İdman yoldaşı
Bu insanla mütləq idman etmək məcburiyyətində deyilsiniz, ancaq sizi evdən çıxara biləcək birinə mütləq ehtiyacınız var.

Motivasiya edən dost
Həyatınızda arzularınızı dəstəkləyən və hər şeyi edə biləcəyinizə inandıran bir dostunuz olmalıdır.

Tənbəl dost
Sizi motivasiya edən dostla yanaşı, bəzən istirahət etməyi, vaxt ayırmağı və anın dadını çıxarmağı bilən “tənbəl” dostlara da ehtiyacınız olur.

Yetkin dost
Bu adamın sizdən böyük olması şərt deyil, ancaq sizdən daha yetkin və bilikli bir dost sizə çətinliklərdə yol göstərə bilər.

İntellektual dost
Musiqi, rəsm, kino və ya rəqs. Sənətin istənilən sahəsi ilə tanış edəcək dost əvəzolunmaz dost olacaq.

Dünyanın digər ucundan bir dost
İndiki vaxtda sosial media tətbiqləri müxtəlif mədəniyyətlərdən olan insanları tanımaq üçün çox yaxşı ünvandır.

Darıxdırıcı dost
Buyurun, etiraf edin! Sizin də çox darıxdırıcı bir dostunuz var. Ümumiyyətlə xoş niyyətli olan bu dostlar sizə səbri öyrədəcək.

Cəsarətli dost
Cəsarətli və macəraçı dostlar həyatınızın sürətini artıracaq və sizi bu andan həzz almağa həvəsləndirəcək.

Ən yaxşı dost
Həyatınızda "sənsiz heç vaxt edə bilməzdim" deyə biləcəyiniz bir dostunuz olmalıdır.

Mənbə: N-life

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et