ABŞ İsrailin Qəzzanı blokadasının üçüncü ayına girdiyi bir vaxtda özəl şirkətlər vasitəsilə fələstinlilərə humanitar yardımın çatdırılması üçün yeni sistem hazırladığını təsdiqləyib. ABŞ-nin İsraildəki səfiri Mike Huckabee bildirib ki, təhlükəsizlik qüvvələri tərəfindən qorunan “paylama mərkəzləri” HƏMAS-ın yardımı oğurlamasının qarşısını almaq səyləri çərçivəsində ilkin olaraq bir milyondan çox insana ərzaq və digər yardımlar verəcək. O İsrailin yardımın paylanmasında iştirak edəcəyini təkzib edib, lakin qüvvələrinin mərkəzlərin ətrafındakı əraziləri mühafizə edəcəyini söyləyib.
BMT agentliklərinin yardımın "silahlandırmaq" effektinə malik olması səbəbilə əməkdaşlıq etməyəcəklərini təkrarladığı mübahisəli planla bağlı təfərrüatlar ortaya çıxıb. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) sözçüsü Jens Laerke Cenevrədə BBC-yə deyib: "Biz yalnız öz prinsiplərimizə uyğun olan səylərdə iştirak etməyəcəyik".
Mənbə: BBC News
Tərcümə etdi: Asiman Vəliyeva