
Bizi vacib hiss etdirirlər
Son araşdırmalar göstərir ki, qlobal miqyasda yaşanan böhranlarda heyvanların insan psixologiyasına təsiri müsbət yöndədir. Elmi araşdırmaya görə, COVID-19 pandemiyası zamanı ev heyvanı olmayan insanların əhval-ruhiyyəsi olanlara nisbətən daha depressiv olub. İtləri olan fərdlərin daha müsbət və təcrid olunmağa daha az meylli olduqları müşahidə edilib.
Tamamilə saf duyğular bəsləyirlər
Ev heyvanlarının heç bir gizli niyyəti yoxdur. Ev heyvanlarınız sizdən sevgi, diqqət, oyun yoldaşlığı və ya yeməkdən başqa heç nə gözləmir. Siz onların bütün dünyasına çevrilirsiz və onlar tərəddüd etmədən sizdən asılıdırlar (təbii ki, onlara düzgün yanaşsanız)
Dəyərli, sevilən, vacib və xüsusi hiss etməkdən daha yaxşı hiss yoxdur. Travma almış şəxslərin heyvanları gələcəkdə insanlarla daha sağlam münasibətlər qurmağa kömək edir.
Sizinlə dərin bağlar yaradırlar
Ev heyvanları sizi danışmadan anlayır. Onlar sizinlə emosional harmoniyadadırlar və insan münasibətlərində olduğu kimi sözlər və digər qarışıqlıqlarla diqqəti yayındırmırlar. Breene Brown, Sue Johnson və Les Greenberg kimi elm adamları bunu belə izah ediblər: İnsanlar düşündüyümüzdən çox daha emosionaldırlar. Digər tərəfdən, ev heyvanları bunu başa düşür və bundan bizimlə dərindən bağlanmaq üçün istifadə edirlər.
Heyvanların insanlara necə kömək etdiyini və onları necə sevdiyini görəndə heyran olmamaq mümkün deyil! Bu səbəbdən məşğul ailələr, tənha insanlar və psixoloji problemi olanlar üçün heyvan sahiblənilməsi tövsiyə olunur. Ev heyvanını övladlığa götürməklə axtardığınız və tapa bilmədiyiniz hislərinizi,anlarınızı yaşaya bilərsiniz!
Mənbə: Habertürk
Tərcümə etdi: Lamiyə Cənnətzadə
