Cənubi Asiyada gərginliyin artması Türkiyənin diplomatik təmaslarını da sürətləndirib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Hakan Fidan ilə Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığında Hindistan və Pakistan arasında artan hərbi gərginlik müzakirə olunub.
Görüşün Hindistanın Pakistanın müxtəlif bölgələrinə raket hücumlarından sonra baş tutduğu bildirilir. Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin (ISPR) baş direktoru general-leytenant Əhməd Şərif Çaudri Pakistanın Hindistanın hücumlarına təyin etdiyi vaxt və məkanda cavab verəcəyini açıqlayıb.
Hücumların Azad Cammu və Kəşmir əyalətinin Kotli, Müzəffərabad və Bağ rayonları ilə Pəncab əyalətinin Bahavalpur və Muridke rayonlarında həyata keçirildiyi, ilkin məlumata görə, biri uşaq olmaqla 3 nəfərin öldüyü, 12 nəfərin yaralandığı açıqlanıb.
Mənbə:A haber
Tərcümə etdi:Aysel Mirzəyeva
