Bu gün:

Tərznamə: Met Gala


Tərznamə: Met Gala

Met Galada nələr baş verib, heç bilirsiz?

Tərznamə rubrikası olaraq gəlin nəzər yetirək.

 Bu il də Met Gala həmişə olduğu kimi may ayının ilk bazar ertəsi keçirilib.

“Dress code” keçən materiallarında birində ətraflı müzakirə etmişdik

İndi isə sadəcə xatırladıram. Superfine: Tailoring Black Style. 

İndi isə gəlin baxaq Hollivud ulduzları tədbirdə necə yadda qalıblar? Kimlər dress coda uyğun geyinib? Kimlər isə Anna Vinturun “black listinə” daxil olub?

Pharrell Williams kreativ direktoru olduğu Louis Vuitton brendinə məxsus geyimdə gəlib. Aksesuarları isə Tiffany & Co-ya aitdir.

Pharrell bu ilki Met Galanın həm də həmsədri idi. Birdən birə minimalizmə qaçması gözümüzdən yayınmadı!

Dress coda uyğundur deyə soruşsaz? Bəli, uyğundur!

Balımızın ikinci həmsədri A$AP Rockydir.

Kostyumu öz brendi olan AWGE, ayaqqabıları isə Christian Louboutin brendinə məxsusdur. Hər Met Gala olduğu kimi bu ildə ən çox danışılan kişi ulduzlarından biridir. Dress code-a tam uyğun şəkildə qatılıb. Biz Tərznamə olaraq Rocky-ni bəyəndik!

Rockydən danışıb Rihannadan danışmamaq olmaz! 

Met Galanın ən sevilən kraliçası, hər dress coda uyğun gələn Rihanna, artıq 3-cü Met Galadır ki, bizə ailələrində artım olacaq xəbərini verir

Geyindiyi kostyum Marc Jacobs brendinə məxsusdur. 

Dress code-u tamamilə anladığına və başqa ulduzlara stil dərsi keçdiyinə görə onun adına sadəcə sevinmək qalır!

3-cü həmsədrimizdə burdadır. 

Deyiləcək heç nə yoxdur, hər şey ortadadır.

20-ci əsrin dendi obrazında gələn Lewis, Miami Grand Prix-dən sonra Met Galaya təşrif buyurub. 

Geyindiyi kostyum Wales Bonner imzası daşıyır. Bereti isə Stephen Jones Millinery markasına aiddir.

Met Galanın ən birinci qonağı və dress codu ən yaxşı interpretasiya edən bizim fikrimizcə Teyana Taylordur. 

Geyindiyi kostyumu Ruth E.Carter özəl olaraq Teyana üçün hazırlayıb.

Artıq sözlərə ehtiyac yoxdur. Kostyumun hər detalı möhtəşəmdir!

İndi isə ən iki tərəfli qəbul edilən kostyumdan danışaq. Qarşınızda Louis Vuitton kostyumuyla Zendaya!

Dress coda uyğun olduğunu hamımız bilirik, lakin Zendaya dedikdə ağlımıza daha bəzəkli, daha iddialı geyimlər gəlir. 

Amma Pharrell kimi Zendayada uyğun amma minimalizmə qaçıb. 

Met Galanın ən bəyənilən modellərindən olan Kendall Jenner bütün işiqları öz üzərinə çəkə bilib. Zendaya və Pharrell kimi o da minimalizmə üstünlük verib. Amma bu minimalizm qərarı tam yerində olub!

Geyindiyi kostyum Torishéju brendinə aiddir. 

Skandal yaradan geyimlərdən biri. İlk baxışdan heç nə anlamadızsa narahat olmayın. Vogue baş redaktoru və Met Galanın əvəzsiz həmsədri Anna Vintur bu ilki galaya Louis Vuittonda qatılıb. Geyindiyi kostyum nə qədər dress coda uyğundur deyə sual verməyəcəyik. Çünki “buzlar kraliçası” Anna necə geyinəcəyini və harda geyinəcəyini çox yaxşı bilir. O trendlərə uymur, trendləri yaradır.

Bəd skandal nədir deyə soruşsaz? 

Annanın donunun alt qismində olan kiçik qırmızı iz. Təxmin olunur ki, dodaq boyasının izidir. Lakin izləyicilər tez bir anda bunu görüb və sosial platformalarda mübahisə etməyə başlayıblar. 

Keçən il bizi sevindirən Jenna Ortega bu il xəyal qırıqlığı yaşatdı. Geyindiyi paltarın “Qaradərili dendizmi” ilə nə əlaqəsi olduğunu başa düşmədik. Lakin başqa bir Gala üçün libası çox gözəl daşıyıb.

Elə libas demişkən, dizayneri Balmaindır. 

Qaradərili Rep Kraliçalarında olan Cardi B sonunda Dress code-a uyğun seçim edib. Geyindiyi kostyum və saç düzümü həm Cardiyə çox yaraşır, həm də dendizmə istinad edir. Kostyumun müəllifi Burberrydir. 

Keçən illin skandal kraliçası və Cardinin həmkarı olan Doja Cat dress code-a tam uyğun seçim edib!

Keçən ilki Met Galası nə qədər bəyənilməmişdirsə, bu ilki çıxış bir o qədər sevilib.

Biz də Tərznamə olaraq Dojanı çox bəyəndik. 

Geyindiyi kostyum Rihannadakı kimi Marc Jacobsa aiddir.

Bizim də, izləyicilərin də ən bəyəndiyi çıxışlardan biri olan Laura Harrier oldu. 

Həm dendizmə istinad, həm incə və zərifliyi özündən cəmləşdirən kostyum Gapstudioya aiddir. Biz sadəcə səssiz alqışlayırıq.

Met Galaya damğa vuran və dress-codu tamamilə düzgün anlayan bir ulduz daha. Sosial mediada ən çox bəyənilən və müzakirə olunan-Jennie!

Geyindiyi “total-look” elə reklam üzü olduğu Chanel brendinə aiddir.

Dendizmin bir qadına nə qədər yaraşdığının göstəricisidir.

İndi isə gələk ən son (bizim rubrikamızda) qonağımıza!

Məqalənin əvvəlində də qeyd etdiyim kimi, Anna Vinturun qara siyahısına düşən məhşur- Hailey Bieber.

Haileyinin minimalizmi trendə çevirməsi artıq insanlarda qəzəb yaratmağa başlayıb. İzləyicilərin rəylərinə görə, Hailey sanki tənbəlləşib və adi günlərin birində geyindiyi kostyumu ən vacib gecədə geyinib.

İndi isə yaxın əyləşin, sizə kulis arxası dediqodu verəcəm.

Deyilənə görə, Anna Haileyinin məsuliyyətsizliyindən çox narazı qalıb və Met Gala 2026-ya dəvət etməyə bilər.

Xəbərin nə qədər yalan və doğru olub olmadığını gələn il öyrənə biləcəyik. Xatırlayırsızsa eyni xəbər Doja Cat haqqında da var idi. Lakin gördüyümüz kimi Doja Met Galanı artıq neçə ildir ard-arda fəth edir. 

Haileyə qayıdaq- geyindiyi kostyum artıq neçə ildir olduğu kimi YSL brendinə məxsusdur. Dress coda gələsi olduqda.

Otur Hailey, sinifdə qaldın!

306 qonaq içərisindən ən çox maraq oyandanları Tərznamə olaraq müzakirə etdik! 

Unutmayın, Met Gala bir gecəlik ola bilər, amma tərz-o, adını əbədi olaraq zamanın qulağına pıçıldayır!

Hazırladı: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et