Bu gün:

Trampın Ukraynaya təzyiq edərək Putini razı saldığı bildirilib


Coe Bayden verdiyi müsahibəsində Tramp administrasiyasının Ukraynaya ərazilərini Rusiyaya verməsi üçün təzyiqinin Ağ Evdən ayrıldıqdan sonra ilk dəfə olaraq “müasir sakitləşdirmə” olduğunu söyləyib.Bazar ertəsi Delaver ştatında çıxış edən o, Rusiya prezidenti Vladimir Putinin Ukraynanın Rusiyanın bir hissəsi olduğuna inandığını və əgər sülh sazişi çərçivəsində Ukrayna hansısa ərazini Rusiyaya versə, müharibənin bitəcəyini düşünənlərin yanlış olduğunu bildirib.

Bayden müttəfiq dövlətlərin bu həftə VE Gününün 80-ci ildönümünü qeyd etdiyi bir vaxtda çıxış edərək, Donald Trampın prezidentliyi dövründə ABŞ ilə Avropa arasındakı münasibətlərin pozulmasından narahat olduğunu və bunun dünyanın müasir tarixinə təsir edə biləcəyini bildirib.


Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov


Paylaş
Şərh əlavə et