Bu gün:

Tramp: Hindistan-Pakistan gərginliyinin tezliklə səngiməsini arzulayıram


ABŞ prezidenti Tramp Hindistan və Pakistan arasındakı münaqişə ilə bağlı “Ümid edirəm ki, bu, çox tez bitəcək” deyib.

ABŞ prezidenti Donald Tramp Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun andiçmə mərasimində Hindistanın Pakistana hücumu ilə bağlı açıqlama verib. İnkişafı "utanc verici" olaraq xarakterizə edən və yeni xəbərləri olduğunu deyən Tramp, "Bu, keçmişdə baş verən bəzi şeylərə əsaslanır. Uzun müddətdir mübarizə aparırlar. Əslində onilliklər, hətta əsrlər boyu mübarizə aparırlar" dedi.

"Ümid edirəm ki, bu, çox tez bitəcək" dedi Tramp. Hindistan Ordusu Pakistan və Pakistanın Azad Kəşmir bölgəsindəki “hədəflərə” qarşı hərbi əməliyyata başladığını bildirib. Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin (ISPR) baş direktoru general-leytenant Əhməd Şərif Çaudri Pakistanın Hindistanın raket hücumlarına öz seçdiyi vaxt və yerdə cavab verəcəyini bildirib.

Ayşən Səlimova

Paylaş
Şərh əlavə et