Bu gün:

BMT: Dünya Hindistan-Pakistan müharibəsini qaldıra bilməz


BMT-nin baş katibi Antonio Quterreş Hindistanın Pakistana təcavüzündən dərin narahatlığını ifadə edib və son dərəcə təmkinli olmağa çağırıb.

BMT-nin sözçüsü Stefan Dujarrik məsələ ilə bağlı yazılı açıqlama verib. Düjarrik Hindistanın hərbi əməliyyatlarından dərin narahatlığını ifadə edib. Hər iki ölkəni maksimum təmkinli olmağa çağıran Dujarrik "Dünya Hindistan və Pakistan arasında hərbi münaqişəyə dözə bilməz" dedi. Hindistan ordusu Pakistan və Pakistanın Azad Kəşmir bölgəsindəki "hədəflərə" qarşı hərbi əməliyyata başladığını bildirib. Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin (ISPR) baş direktoru general-leytenant Əhməd Şərif Çaudri Pakistanın Hindistanın raket hücumlarına öz seçdiyi vaxt və yerdə cavab verəcəyini bildirib.


Mənbə: TRT haber

Tərcümə etdi:Ayşən Səlimova

Paylaş
Şərh əlavə et