Bu gün:

Prokurorluqdan Özgür Özəlin iddialarına cavab


CHP sədri Özgür Özəl Atatürk Mədəniyyət Mərkəzində (AKM) Sırrı Süreyya Öndər üçün keçirilən anma mərasimindən sonra bir nəfərin fiziki hücumuna məruz qalıb.

Hücum edən Səlcuq Tengioğlu (66) hadisədən sonra saxlanılıb və vəzifəsini yerinə yetirərkən dövlət məmurunu qəsdən yaralamaq ittihamı ilə həbs edilib. Özəl partiyasının qrup toplantısında verdiyi açıqlamada hücumçunun daha əvvəl İstanbul Böyükşəhər Bələdiyyəsinə getdiyini və Əkrəm İmamoğluna sui-qəsd hazırlanacağını bildirdiyini iddia edib. Lakin prokurorluqdakı mənbələr bu istiqamətdə rəsmi məlumatın olmadığını bildiriblər.

Polis qrupları tərəfindən saxlanılan təcavüzkar Səlcuq Tengioğlu İstanbul Asayiş Şöbə Müdirliyində əməliyyatları tamamlandıqdan sonra sağlamlıq yoxlamasından keçirilərək Çağlayandakı İstanbul Ədliyyəsinə gətirilib. Prokurorluqda ifadəsi alınan şübhəli S.T.-nin şəxsin yerinə yetirdiyi ictimai vəzifəyə görə qəsdən xəsarət yetirmə cinayəti ilə bağlı həbs tələbi ilə Sülh Məhkəməsinə sövq edilib. Hakim şübhəlinin həbsinə qərar verib.


Mənbə:A haber

Tərcümə etdi:Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et