Bu gün:

Jan- Pol Belmondonun qorxunc səhnələri


Tom Kruz tamaşaçıları heyrətləndirməzdən illər əvvəl, fransız ulduzu Jan-Pol Belmondo ekranda daha da təhlükəli səhnələr edib – bəzən demək olar ki, heç bir təhlükəsizlik tədbiri olmadan.

Müasir Hollivudun ən böyük baş rollarından biri olan Tom Kruz bu ay Britaniya Film İnstitutu tərəfindən təltif ediləcək və onun karyerasına həsr olunan tədbir keçiriləcək. Kruz institut tərəfindən “təhlükəni sevən hərəkət ulduzu” və “kinonu yenidən icad etməyə həsr olunan” biri kimi təsvir edilir , xüsusilə , “Mission: Impossible” seriyası ilə. Lakin bu gün onun səviyyəsində belə möhtəşəm səhnələrə girən bir aktyor nadirdirsə də, keçmişdə ondan da cəsur bir ulduz vardı: Jan-Pol Belmondo.

Belmondo “Bebel” ləqəbi ilə tanınıb – 1960-cı illərin Fransız Yeni Dalğa kinosunun simalarından biri kimi məşhurdur. Aktyorluğa 1950-ci illərin əvvəlində Parisdəki Theatre de l’Atelier-də başlayıb və qısa müddət sonra filmlərdə rol almağa başlayıb. Godard-ın “Nəfəs Kimi” (1960), “Qadın Qadındır” (1961) və “Dəli Pierrot” (1966) filmləri onun intellektual fonunu əks etdirən sənət filmlərindəki uğurlarını göstərib. Atası heykəltəraş, anası isə rəssam olub. Amma Belmondo geniş diapazonlu bir aktyor olub. Eyni dövrdə Belmondo müxtəlif janrlarda – Fransız noir filmlərindən (“Le Doulos”, “Classe tous risques”) dramatik əsərlərə (“Léon Morin, Rahib”, “Un Singe en Hiver”) qədər geniş çeşidli rollar ifa edib. 

Henri Verneuil tərəfindən çəkilən və bu il 50 yaşı tamam olan “Peur sur la ville” (Şəhərdə Qorxu) adlı triller isə Belmondonun karyerasını tamamilə dəyişib. Bu film aktyoru Fransa üçün bir növ proto-Kruz fiquruna çevirib. Filmdə Belmondo qaydaları pozan və cinayətkarları öz metodları ilə izləyən Letellier adlı bir polis komissarını canlandırır. Letellierin əvvəlki uğursuzluğu – Marcucci adlı cinayətkarın bank soyğunundan sonra qaçması – onu izləyir. Paralel olaraq Parisdə qadınları öldürən bir serial qatil peyda olur. Bu iki süjet xətti filmin ortasında birləşir və Belmondonun dəlisov kaskadyor səhnələri ilə film irəliləyir. Əvvəllər sənət filmlərində rol alan Belmondonun belə bir aksiyaya keçidi bəzi tənqidçilər üçün anlaşılmaz olub. Amma geriyə baxanda bu keçid onun fitri cəsarəti ilə tam uyğun olub. 

Belmondonun boksçu kimi keçmişi də onun fiziki rollara olan meylini izah edir. Filmin təqdimatından sonra fransız və amerikalı tənqidçilər filmi bəyənməyiblər. Onlara görə, film amerikalı “qanunsuz polis” obrazlarının təsirinə düşüb. Amma tamaşaçılar başqa cür düşünüb. Film Belmondonun 42-ci doğum günündə yayımlanıb və Fransız kassalarında iki ay lider olaraq qalıb.

Mənbə: BBC news

Tərcümə etdi: Nigar Muştaqova





Paylaş
Şərh əlavə et