Bu gün:

İtaliyanın mozaik zəminləri


Tarixi səyahətlər deyildikdə İtaliya ilk ağla gələn ölkələrdən biridir. Küçələri, kilsələri, muzeyləri və hər küncündən tarix yağan binaları ilə tanınır. Ancaq bir də zəminləri var ki, çox vaxt gözdən qaçır.

1. Florensiya Katedrali, Toskana

1296-cı ildə Arnolfo di Kambio tərəfindən tikilməyə başlanan bu Qotik kilsə Florensiya Başpiskoposluğunun əsas ibadətgahıdır.

Dünyanın ən böyük divar günbəzlərindən birinə sahib olan bu məbəd həm arxitekturası, həm də zəmini ilə valehedicidir. Zəminindəki illüziya günbəzin dərinliyini daha da artırır.

2. San Mikel Arkancelo, Kapri

1719-cu ildə tikilən bu səkkizbucaqlı barokko kilsəsi Kapridə yerləşir.

Onu fərqləndirən əsas cəhət isə majolika texnikası ilə işlənmiş zəminidir. Bu mozaika artıq “abidə” statusu daşıyır.

3. Siena Katedrali, Siena

1220–1370-ci illər arasında inşa edilən bu katedral İtalyan Qotik memarlığının incilərindəndir.

Rəssam Corco Vazari 56 paneldən ibarət zəmini “indiyə qədər yaradılmış ən gözəl və möhtəşəm səth” adlandırıb.

Əhdi-Ətiqdən səhnələr, alleqoriyalar və qədim fiqurların əks olunduğu bu panellərin hazırlanmasında 40 sənətkar iştirak edib. Ən qədim təsvirlər isə “qrafitto” texnikası ilə işlənib – mərmərə incə cizgilər çəkilərək xüsusi maddələrlə doldurulub.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et