İsrailin Baş naziri Benyamin Netanyahu Husi qruplaşması tərəfindən atılan raketin İsrailin əsas hava limanı ərazisinə düşməsindən sonra bu hücuma cavab veriləcəyini bildirib.

Sosial şəbəkələrdə yayımlanan videoda Netanyahu “Biz keçmişdə hücum etmişdik, gələcəkdə də hücum edəcəyik” sözləri ilə Husi qruplaşmasını yeni zərbələrlə hədələyib.
İsrail rəsmilərinin açıqlamasına görə, İranın dəstəklədiyi Husi qruplaşması tərəfindən Yəməndən atılan raket bazar günü səhər saatlarında Ben Qurion hava limanının əsas terminalı yaxınlığında yerə düşüb.
İsrail mediasının fövqəladə xidmətlərə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 4 nəfər yaralanıb, 2 nəfər isə sığınacağa gedərkən xəsarət alıb. Yaralıların vəziyyəti ağır deyil.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
