Mayın gəlişi ilə Hıdırəlləz hazırlıqları başlayıb. 2017-ci ildə UNESCO tərəfindən “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi” siyahısına daxil edilən Hıdırəlləz, baharın gəlişini simvolizə edən bayramdır.

Hıdırəlləz Anadolu və Balkanlara aid olub, baharın gəlişini qeyd edən bayramdır. Bu bayramın həm adətləri, həm də ritualları əhəmiyyətlidir.
Hıdırəlləz nə vaxt qeyd olunur?
Hıdırəlləz 5 maydan 6 maya keçən gecə qeyd olunur və qışın sonu, yay fəslinin başlanğıcı sayılır. 6 maydan 8 noyabra qədər “Xızır Günləri”, daha sonra isə “Qasım Günləri” adlanır.
Hıdırəlləz nədir?
Xalq inancına görə, Xızır adlı əfsanəvi fiqur bu gün dünyaya gəlir və arzuları yerinə yetirir. Adı Xızır və İlyas peyğəmbərlərin birləşməsindən yaranıb.
Tarixi və mənşəyi
Qədim türklər 21 iyunda baharın gəlişini qeyd edərdilər. Bugünkü ağaca kağız asmaq və oddan tullanmaq ənənələri bu köklərdən gəlir. Eyni zamanda, Mesopotamiyada da bənzər ritual və bayramlar olub.
Hıdırəlləz yalnız bir bölgənin yox, bir çox inanc və mədəniyyətin ortaq bayramıdır. Bu gün Xızır bolluq, sağlamlıq və həyat enerjisi ilə uyğunlaşdırılır. İslamdan əvvəl “ağ saqqallı qocalar” inancı ilə bağlı olan xilasedici fiqur kimi görülüb.
Hıdırəlləzi kimlər qeyd edir?
Türkiyə, Balkanlar, Orta Asiya və Qafqazda qeyd olunur. Məqsəd baharın gəlişini və bərəkəti qarşılamaqdır. Sənət və musiqi sahəsində də bu gün tədbirlərlə qeyd edilir. Pravoslavlar bu günü “Aya Yorgi”, katoliklər isə “Əziz Corc” günü kimi qeyd edir.
Tədbirlər və adətlər
Alovdan tullanmaq, arzuları kağıza yazmaq, gül ağacının altına qoymaq, rəsmlə arzu ifadə etmək geniş yayılıb. Bayram ev təmizliyi, geyim təmizliyi ilə başlayır, çünki inanca görə Xızır yalnız təmiz evə gəlir.
Xızırın ziyarət etdiyi yerlər bərəkətlənir
Bu səbəbdən evdə qablar və pul kisələri açıq saxlanılır. Duaların qəbul olacağına inanılır. Bəzi bölgələrdə qurban kəsilir. Geyimlər ağ və ya rəngarəng olur, təbiət qoynunda, su kənarlarında bayram keçirilir.
Xızır inancı nədir?
Xızırın ölümsüzlüyə “abu-həyat” suyu ilə çatdığına inanılır. Baharda insanların arasında dolaşaraq bolluq və şəfa payladığına inanılır. O, həm peyğəmbər, həm də övliya kimi qəbul olunur.
Xızır ad, yoxsa ünvandır?
Xızırın, əslində, bir ünvan olduğu düşünülür. Bəzilərinə görə o, İlyas peyğəmbərlə eyni şəxsdir. Xalq arasında Xızırın ölümsüz və baharın təbiətə can verdiyi bir simvol olduğu qəbul olunur. Onunla bağlı Anadolu, Qafqaz, Krım, Azərbaycan və Suriyada müxtəlif yerlərdə məkanlar mövcuddur.
Mənbə: onedio
Tərcümə etdi: Selcan İbişli
