Bu gün:

İncəsənətin gücü: Siyasətə və cəmiyyətə təsiri


İncəsənət tez-tez yetərincə diqqət çəkilməyən siyasi məsələlərə işıq tutmaq üçün istifadə olunur. Məsələn, küçə rəssamı Banksy müharibə, miqrasiya kimi mövzularda əsərlər yaradaraq 2015-ci ildə Qəzza və Fransanın Kalais şəhərində münaqişələrə diqqət çəkmişdi. Onun sənəti cəmiyyətə güzgü tutur və suallar verir – cavab verməkdən çox düşündürür.

Aktivist incəsənət:
İncəsənət yalnız problemlərə işarə etmir, eyni zamanda onları həll etməyə dəstək verir. Ətraf mühit sənətçiləri təkrar emal materiallarından istifadə etməklə, daha az səyahət, az ət istehlakı, tullantıların ayrılması kimi alternativ yollar təklif edirlər.

İştirakçı incəsənət və cəmiyyətin gücləndirilməsi:
İncəsənət insanları bir araya gətirərək onları cəmiyyətlərində dəyişikliklər etməyə təşviq edir. Məsələn, "Granby Four Streets" layihəsi sakinlərin memarlarla birgə işləyərək evləri bərpa etməsi, eyni zamanda iş imkanları yaratması ilə cəmiyyətdə dəyişiklik edib. Bu layihə 2015-ci ildə Turner Mükafatını qazanıb.

Tarixin qorunması:
İncəsənət eyni zamanda tarixi yaddaşın qorunmasında da rol oynayır. ABŞ prezidentlərinin portretləri kimi əsərlər həm sənət nümunələri, həm də siyasi tarixin əksidir. 2018-ci ildə Barack və Michelle Obamanın portretləri ilk dəfə olaraq Afrika mənşəli rəssamlar tərəfindən çəkilib və bu, böyük əhəmiyyət daşıyır.

Propaganda kimi incəsənət:
Bəzi hallarda incəsənət mövcud güc strukturlarını dəstəkləmək üçün istifadə olunur. Bu cür əsərlər propaganda adlanır və tez-tez siyasi ideologiyanı yaymaq üçün yaradılır. Soyuq müharibə dövründəki plakatlar buna misaldır.

Bu gün siyasət və incəsənət:
Siyasət və incəsənət bu qədər iç-içə olduğu üçün, bütün aspektlərini bir yazıda əhatə etmək mümkün deyil. Mövzunu daha dərindən öyrənmək üçün 18 Martda keçiriləcək "Müasir İncəsənətdə Siyasət" adlı tədbirə qatılmaq tövsiyə olunur.


Mənbə: Art and Cultural Events
Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et