Bu gün:

BƏƏ: İsrailin Suriyaya hücumları beynəlxalq hüquqları pozur


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin Suriya ərazisinə dəfələrlə həyata keçirdiyi hücumları kəskin şəkildə pisləyib. İsrail Xarici İşlər Nazirliyindən yayımlanan yazılı açıqlamada hücumların Suriyanın suverenliyinə qarşı yönəldiyi, beynəlxalq hüququ pozduğu və bu addımların 1974-cü ildə İsrail ilə Suriya arasında imzalanmış geri çəkilmə müqaviləsinin pozulması anlamına gəldiyi vurğulanıb.Bəyanatda bu cür hücumların regionda gərginliyi daha da artırdığı və beynəlxalq ictimaiyyətin sülh və sabitliyin təmin edilməsi istiqamətindəki səylərinə maneə törətdiyi vurğulanıb. İsrail ordusu gecə saatlarında Suriyanın paytaxtı Dəməşq və Həma, Latakiya, Dəra və Kuneytra əyalətlərinə hava zərbələri endirib. Dünən isə İsrail, Dəməşqdə Prezident Sarayı yaxınlığında hücum həyata keçirib.

Mənbə:TRT HABER

Tərcümə etdi: Fidan Fərhad

Paylaş
Şərh əlavə et