Bu gün:

İsraildən Suriyaya hava zərbələri


İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşq və Həma, Latakiya, Dera və Kuneytra əyalətlərinə hava zərbələri endirib. Bu şəhərlərə edilən ən azı 12 hücumda insan tələfatı ilə bağlı rəsmi orqanlar tərəfindən hələlik heç bir məlumat paylaşılmayıb.

Dəməşq rəhbərliyi İsrailin hücumuna sərt reaksiya verib. Suriya Rəyasət Heyətindən verilən açıqlamada İsrailin Suriyanın suverenliyini hədəfə aldığı və İsrailin “ehtiyatsız hərəkətlər” olaraq xarakterizə edilən hücumlarla bölgədə sabitliyi pozduğu vurğulanıb.

Dünən İsrail döyüş təyyarələri də Dəməşqdəki prezident sarayına hücum edib.

Mənbə: TRT haber

Tərcümə etdi: Ayşən Səlimova 

Paylaş
Şərh əlavə et