Bu gün:

Rusiya: Zelenski Moskvaya səfər edəcək dünya liderlərini açıq şəkildə hədələyib


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski 9 May Qələbə Gününü qeyd etmək üçün Moskvaya gəlməyi planlaşdıran dünya liderlərini açıq şəkildə hədələyib.

Zaxarova sosial media  hesabınakı açıqlamasında Zelenskinin mayın 9-da Moskvada keçiriləcək bayram tədbirləri ilə bağlı açıqlamasının təsadüf olmadığını bildirib və bunu “klassik beynəlxalq terror təhlükəsi” kimi qiymətləndirib. Ona görə də Zelenskinin Rusiya Prezidenti Vladimir Putinin Qələbə bayramı ilə əlaqədar elan etdiyi atəşkəsi qəbul etmədiyini iddia edən Zaxarova, “Zelenski mayın 9-da Moskvaya gəlməyi planlaşdıran dünya liderlərini açıq şəkildə təhdid etdi”,- deyə bildirib. 

Zelenskinin dövlət başçılarını təhdid etməyə başlandığını qabaqcadan bildiklərini və yanılmadıqlarını qeyd edən mətbuat katibi Zaxarova bu sözləri deyib: 

"Xatırladaq ki, o, Mali və Nigerdə həyata keçirdiyi silsilə aksiyalarla xarici terror təcrübəsini başqa qitələrə yaysa da, bu gün sona çatıb. İndi o, müqəddəs gündə paradlara gələcək veteranların fiziki təhlükəsizliyini də təhdid edir. Kiyev Təhlükəsizlik Xidmətləri və Zelenski özü öyünür ki, bu onların işidir və bundan sonra da belə olacaq”.


Mənbə:TRT HABER

Tərcümə etdi:Fidan Fərhad

Paylaş
Şərh əlavə et