Bu gün:

Karemin həyatı və serialı


Fransız dilində olan serial “Aşpazların Kralı və Kralların Aşpazı” Antonin Karemin həyatını dram şəklində təsvir edir. İnqilab sonrası Fransada qeyri-adi, sərbəst davranışlı bir gənc kimi təqdim edilən Karem gələcək nəsil aşpazlar üçün yol açır.

Serialda “ilk məşhur aşpazın hekayəsi” təqdim edilir. Təxminən 1784-cü ildə inqilabdan əvvəlki Parisdə yoxsulluq içində doğulan Karem zamanla Fransanın diplomatlarından Şarl Talleyrand, İmperator Napoleon, gələcək Britaniya kralı IV Corc, Rusiya çarı I Aleksandr və Baron de Rotşild üçün aşpaz olur. O, məşhur kulinariya kitabları yazır və bu gün də istifadə olunan yüksək aşpaz papağını təqdim edir, bu da məşhur aşpaz anlayışının başlanğıcı sayılır. Serialda Karêm müasir tərzdə təsvir olunur – 1980-ci illərin “New Romantic” tərzində geyim, sırğa və sərbəst davranışlarla. Qadınlarla münasibətləri və üstdə duranlara qarşı hörmətsizliyi onu fransızca desək “enfant terrible” – sərhədləri aşan bir şəxs kimi göstərir. Onun özünə inamı və mətbəxdəki sərt liderliyi bugünkü Gordon Ramsay kimi məşhur aşpazları xatırladır. Serial Karemin həyatı və yemək sənəti ilə bağlı Ian Kelly-nin bioqrafiyasına əsaslanır. Kelly Karem ilk işində “kitabsevər bir məsum” kimi təsvir edir. Ancaq serialdakı Karêm 25 yaşında, Byron üslubunda saçlı, zərif, az yeyən, lakin eqoist və təkəbbürlü biri kimi göstərilir. Serialda Karêm casus kimi də göstərilir, bu, tarixi faktlara əsaslanmasa da, rejissor Martin Burbulon bunu “serialın bədii cazibəsi” adlandırır. Kelly yazır ki, Karêm öz peşə həyatı barədə detalları paylaşsa da, şəxsi həyatı haqqında heç nə açıqlamayıb.

Serialda Karemin çalışdığı aristokrat mətbəxləri, kiçik personal ordusu və kral ziyafətləri üçün hazırlıqları gerçək dövrə uyğundur. Məsələn, o, Napoleona yemək təşkil edir və onun toy tortunu hazırlayır. Karemin şəkərdən hazırladığı klassik lira və Venesiya qayıqları kimi şirniyyat heykəlləri də ona məxsus sənətkarlığın nümunəsidir. Tarixçi Ian Kelly-yə görə, Karem çox yoxsul bir ailədən idi və 1792-ci ildə valideynləri tərəfindən tərk ediləndən sonra bir aşpaz tərəfindən himayəyə götürülüb. Gənc yaşında tanınan şirniyyatçı Silvayn Bayiyə şagirdlik edib. Daha sonra Napoleona yaxın siyasətçi Talleyrand tərəfindən işə götürülüb. Əgər serialda Karem casus deyildisə belə, onun yeməklərinin siyasi güc nümayişi üçün istifadə edildiyi doğrudur.

Karem Avropada məşhurluq qazanır, çünki onun müştəriləri aristokratlar idi və Fransada yemək sənəti mədəniyyətin bir hissəsi hesab olunub. Fransız aşpazı status göstəricisinə çevrilib. Karem yazdığı kulinariya kitabları və onun nüfuzu sonradan restoran mədəniyyətinin formalaşmasına təkan verir. Daha sonralar Fransız aşpazı Auguste Escoffier (1846–1935) Karem yolunu davam etdirir. Escoffier fransız yeməklərinin rəsmi metodlarını yazıya alaraq Karemin arzusunu gerçəkləşdirir və fransız mətbəxini Londona da aparır.

20-ci əsrdə televiziya, radio və daha sonra internetlə birlikdə məşhur aşpaz anlayışı daha geniş vüsət alır. Julia Child Parisdə yaşayan amerikalı və fransız mətbəxinin tərəfdarı, TV dövrünün ən məşhur aşpazıdır və Antonin Careme Medalı ilə təltif olunub.

Mənbə: BBC News

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et