ABŞ ilə Çin arasındakı ticarət müharibələri yalnız bu iki ölkəni deyil, bütün dünyanı təsir edib. Asiya ölkələri yeni ticarət şəraitidə öz yerini tapmağa çalışır, Çinə tətbiq edilən rüsumlar isə istehsal planlarını və təchizat zəncirlərini dəyişdirib.
ABŞ-Çin ticarət müharibələri yenidən gündəmə gəlib:
Donald Trampın ikinci dəfə prezident seçilməsi ilə birlikdə ABŞ, Çindən idxal edilən məhsullara 245%-ə qədər gömrük tarifləri tətbiq etməyə başlayıb. Çin isə ABŞ-dən idxal edilən məhsullara 125%-ə qədər əlavə vergi ilə cavab verib.
Çin yalnız qarşılıq vermir, strategiyasını da yeniləyir:
Çin, ABŞ şirkətlərini 'etibarsız şirkətlər' siyahısına salmaq və nadir torpaq elementlərinin ixracını azaltmaq kimi strateji addımlar atır. Bu materiallar çip istehsalı və batareya texnologiyası kimi sahələr üçün kritik əhəmiyyət daşıyır.
Şirkətlər alternativ olaraq Vyetnam və Hindistana yönəlir:
ABŞ-nin sərt vergi siyasəti nəhəng istehsalçıları yeni istiqamətlərə yönəldib. Vyetnam, Hindistan və İndoneziya tekstil, elektronika və məişət texnikası sahələrində 'yeni Çin' olmağa başlayıb. Apple və Samsung kimi nəhənglər istehsal xəttlərini bu ölkələrə köçürüb.
Cənub-Şərqi Asiya ölkələri təchizat zəncirlərində ön plana çıxır:
Çin xaricindəki ölkələr bu dövrü fürsət olaraq görür. Tayland, Malayziya və Filippin infrastruktur sərmayələrini artırır və logistik şəbəkələrini gücləndirir.
Çin “Kəmər və Yol” layihəsi ilə alternativ ticarət yollarına yönəlir:
Çin, ABŞ-dən asılılığını azaltmaq üçün Afrika, Latın Amerikası, Orta Asiya və Avropanı əhatə edən genişmiqyaslı infrastruktur layihələrinə sərmayə qoyur. Peru’da inşa edilən böyük bir Sakit okean limanı bunun ən son nümunəsidir.
ABŞ-nin vergi siyasəti Asiya valyutalarını çətin vəziyyətə salır:
Artan dollar və sərt tariflər nəticəsində Yapon "yen"i, Cənubi Koreya" von"u və Tailand "baht"ı dəyər itirir, bu da idxalın bahalaşmasına və inflyasiyanın artmasına səbəb olur.
Çinə texnologiya məhdudiyyətləri Cənubi Koreya və Tayvana fürsət yaradır:
ABŞ-nin Çin üzərinə qoyduğu çip qadağası Tayvan və Koreya şirkətləri üçün böyük imkanlar yaradıb. TSMC və Samsung-a sifarişlər artır, hətta ABŞ bu şirkətlərə öz ərazisində çip istehsalında dəstək verir.
Asiya mərkəzi bankları faiz qərarlarında çətinlik çəkir:
Valyutaların zəifləməsi faiz endirimlərini çətinləşdirir. Yaponiyada uzun illər tətbiq edilən mənfi faiz siyasəti artıq gündəmdən çıxır. Hindistan isə inflyasiya və kapital axını ilə mübarizə aparır.
Tək iqtisadi yox, geosiyasi gərginliklər də Asiya ticarətini təhdid edir:
Rusiya-Ukrayna müharibəsi və İsrail-Fələstin gərginliyi kimi qlobal böhranlar ticarət yollarını risk altına alır. Buna görə də, Asiya ölkələri dəniz, quru, hava və rəqəmsal ticarət yollarını şaxələndirməyə çalışır.
Ticarət müharibələri, valyutalar və siyasi risklər:
Vəziyyət parlaq görünməsə də, bu böhran Asiya üçün yeni fürsətlər yarada bilər. Çin xaricindəki istehsal mərkəzləri, innovasiya sərmayələri və rəqəmsal transformasiya regionun qlobal iqtisadiyyatda güclənməsinə səbəb ola bilər.
Mənbə: onedio
Tərcümə etdi: Selcan İbişli
