Qəhvə haqqında yəqin ki, əvvəllər heç yerdə eşitmədiyiniz bilgiləri təqdim edirik.

- Bu, dünyada ən çox satılan ikinci məhsuldur. İlk məhsul yağdır. Qəhvə sudan sonra ən məşhur içkidir və çox istehlak olunur.
- Qəhvə 17-ci əsrdə Osmanlı İmperiyasında bir müddət qadağan edildi. Qəhvənin zehnə təsir etdiyinə inanıldığı üçün onun içilməyi bir müddət qadağan edilib.
- Braziliyanın 1932-ci il Olimpiadası üçün öz idmançılarını Los-Ancelesə göndərməyə büdcəsi olmadığı üçün onları kofe dolu gəmi ilə Olimpiadaya göndərdilər. Həmçinin, onların səyahətini maliyyələşdirmək üçün yol boyu gəmidə qəhvə satılırdı.
- Qəhvə 1511-ci ildə Məkkədə qadağan edildi, çünki onun radikal düşüncə və tənbəlliyi təşviq etdiyinə inanılırdı.
- Krem əlavə etdikdə qəhvə 20% daha uzun müddət isti qalır.
- 16-cı əsrdə İstanbulda həyat yoldaşınız üçün kifayət qədər qəhvə almamaq boşanma üçün əsas idi.
- Espresso sözü italyan dilindən gəlir və "sıxılmış" və ya "məcburi" deməkdir.
- Qəhvə əslində bir meyvədir. Qəhvə dənələri bir kolda böyüyür və meyvə sinfinə daxil olur.
- Bethoven qəhvəni o qədər sevirdi ki, gündə 60 fincandan çox qəhvə içirdi.
- Dünyanın ən bahalı qəhvələri pişik peyinindən və fil peyinindən hazırlanır. "Kopi luvak" adlı qəhvə "pişik nəcis qəhvəsi" kimi də tanınır. Bir fincan üçün 35 ilə 100 dollar arasında dəyişən qiymətlərlə kopi luwak dünyanın ən bahalı qəhvələrindən biridir. Dünyanın ən bahalı qəhvəsi "Qara Fil Dişi" qəhvəsidir. Kiloqramı 1100 dollara qədər olan bu qəhvə Tayland filləri tərəfindən yeyilən və defekasiya edilən, qismən həzm olunmuş qəhvə albalısından hazırlanır.
Mənbə: Onedio.com
Tərcümə etdi: Fidan Əlizadə
