Bu gün:

Ehtiyatda olan israilli əsgərlər Qəzza müharibəsinə qarşı çıxır


İsrailin Qəzzadakı müharibəsi davam edir, lakin müxalifət getdikcə artır. Son həftələrdə ordunun müxtəlif sahələrindən minlərlə ehtiyatda olan israilli hərbçi məktub imzalayıb. Onlar baş nazir Benyamin Netanyahunun hökumətindən döyüşləri dayandırmağı və əvəzinə HƏMAS tərəfindən girov saxlanılan 59 nəfərin azad olunması üçün razılaşma əldə etməyə çalışmasını tələb edirlər.

18 ay əvvəl israillilərin əksəriyyəti müharibənin məqsədinə inanırdı: HƏMAS-ı məğlub etmək və girovları geri qaytarmaq.

Yanvar ayında baş tutan atəşkəs və daha sonra 30-dan çox girovun geri qaytarılması bir çox insanda müharibənin tezliklə bitəcəyinə dair ümidlər oyadıb.

Lakin İsrailin mart ayının ortalarında atəşkəsi pozaraq müharibəyə qayıtması bu ümidləri puça çıxardı.

“Biz bu nəticəyə gəldik ki, İsrail çox pis bir istiqamətə gedir",– deyə kəşfiyyat agentliyi Mossad-ın keçmiş rəhbəri Dani Yatom bildirib.

“Biz başa düşürük ki, Netanyahu üçün əsas məsələ onun şəxsi maraqlarıdır. Onun prioritetlər siyahısında öz maraqları və hökumətin sabitliyi birinci yerdədir, girovlar isə deyil".

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et