Bu gün:

Donald Trampın Zelenski ilə görüşü Putinin sülh istəyini ləngidir


Donald Tramp Papa Fransiskin dəfn mərasimi ərəfəsində ölkə lideri Volodimir Zelenski ilə görüşündən sonra Vladimir Putinin Ukraynada müharibəyə son qoymaq istəyini şübhə altına alıb.

Romadan ayrıldıqdan sonra sosial şəbəkədə paylaşım edən Tramp bildirib ki, bu həftənin əvvəlində Moskvanın Kiyevə endirdiyi zərbələrdən sonra Putinin ona zərər verəcəyindən ehtiyat etdiyini bildirib və əlavə edib ki, Putinin mülki ərazilərə raket atması üçün heç bir əsas yoxdur.

Günün əvvəlində, dəfn mərasimi başlamazdan bir qədər əvvəl, Tramp və Zelenski Müqəddəs Pyotr Bazilikasında dərin müzakirələr apararkən görülüblər. 

Ağ Ev, Zelenski ilə keçirilən 15 dəqiqəlik görüşü müzakirə olunan mühüm məsələlər və əldə olunan irəliləyişlər səbəbindən çox faydalı və nəticəli adlandırıb. Ukrayna prezidenti isə bu görüşün tarixi əhəmiyyətə malik ola biləcəyini bildirib. 

Bu, Trampın Ukrayna prezidenti ilə fevral ayında Oval kabinetdə yaşanan sərt qarşıdurmadan sonra ilk üz-üzə görüşü olub. 


Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et