Bu gün:

İranın əsas limanında partlayış baş verib


İranın əsas limanlarından birində baş verən güclü partlayış nəticəsində azı 8 nəfər ölüb, 750 nəfər isə yaralanıb.

Partlayış ölkənin ən böyük ticarət limanı olan Şəhid Rəcaidə, cənubdakı Bəndər Abbas şəhəri yaxınlığında şənbə günü səhər saatlarında baş verib.

Hadisə yaxınlıqdakı binaların pəncərələrini və damlarını uçurub, avtomobilləri yararsız hala salıb. Sakinlər partlayışın təsirini 50 km (31 mil) məsafədə hiss etdiklərini bildiriblər.

BBC tərəfindən təsdiqlənmiş videolarda böyük partlayışdan əvvəl şiddəti artan yanğın, insanların partlayışdan qaçması və bəzilərinin siqaret tullantıları ilə örtülmüş yollarda yaralanması əks olunub.

Havadan çəkilmiş görüntülərdə ən azı 3 ərazinin alovlandığı görünür və İranın Daxili İşlər Naziri daha sonra yanğının bir konteynerdən digərinə keçdiyini təsdiqləyib.


Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et