Bu gün:

İran və ABŞ danışıqları üçüncü raundda


Omanın paytaxtı Maskatda İran və ABŞ arasında danışıqların üçüncü raundu başlayıb.

İran dövlət televiziyasının məlumatına görə, Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında əvvəlki iki raund danışıqlarda olduğu kimi, İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Erakçi, Amerika nümayəndə heyətinə isə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff başçılıq edir.

Omanda iki ölkə arasında həm ekspertlər səviyyəsində texniki danışıqlar, həm də yüksək səviyyəli diplomatik danışıqlar aparılacaq.

2018-ci ildə ölkəsini İranla bağlanmış nüvə sazişindən birtərəfli qaydada çıxaran ABŞ prezidenti Donald Tramp mart ayında İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək İranla birbaşa nüvə danışıqlarına və təhdidlərə çağırıb. İran Oman vasitəsilə məktuba cavab verib.

Məktub trafikindən sonra aprelin 12-də Tehran və Vaşinqton Omanda dolayı danışıqlar aparıblar. Tərəflər Omanın vasitəçiliyi ilə aprelin 19-da İtaliyanın paytaxtı Romada yenidən görüşüblər. Həm İran, həm də ABŞ danışıqlarda irəliləyiş olduğunu açıqlayıb.


Mənbə:A haber

Tərcümə etdi:Ayşən Səlimova

Paylaş
Şərh əlavə et