Bu gün:

Yay mövsümündə ən faydalı qidalar


Dietoloq-terapevt Anastasiya Timoşenko yayda ən faydalı məhsulların adlarını çəkib. 

Mütəxəssis vurğulayıb ki, kifayət qədər kalium qəbulu insan tərlədikdə həddindən artıq maye itkisi zamanı su-elektrolit balansını bərpa etməyə kömək edir. O, qoz-fındıq, tum, pomidor, yarpaqlı göyərti, kələm, həmçinin giləmeyvə və quru meyvələr yeməyi tövsiyə edib.

Timoşenko onu da qeyd edib ki, su istiyə dözməyə və orqanizmdə maye çatışmazlığını doldurmağa kömək edir. O vurğulayıb ki, şəkərsiz, alkoqolsuz qazsız içkilər də qəbul edilə bilər. Həkim, eyni zamanda, yayda qəhvə qəbulunu məhdudlaşdırmağı, yüksək kalorili qidaları daha az yeməyi, spirtli içkilərdən çəkinməyi məsləhət görüb.

Mənbə: Lenta.ru 

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et