Bu gün:

Rusiya və Ukrayna razılaşmaya çox yaxındır


ABŞ prezidenti Donald Tramp onun nümayəndəsi Stiv Vitkoff və Rusiya prezidenti Vladimir Putinin Moskvada danışıqlarından bir neçə saat sonra Rusiya və Ukraynanın razılaşmaya çox yaxın olduqlarını deyib.

Tramp danışıqların uğurlu keçdiyini bildirib, Kreml isə Ukraynanın qatılmadığı bu danışıqları 'konstruktiv' olaraq qiymətləndirib.

Tramp daha əvvəl sosial mediada 'əsas məsələlərin böyük ölçüdə razılaşdırıldığını' qeyd edərək, Rusiya və Ukraynanı yüksək səviyyəli görüş keçirməyə və müqaviləni yekunlaşdırmağa çağırıb.

Eyni zamanda, Ukrayna prezidenti Volodimir Zelenski cümə günü axşam videomüraciətində bildirib ki, Rusiyanı qeyd-şərtsiz atəşkəsə razı salmaq üçün ona qarşı real təzyiq göstərilməlidir.


Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et