Nazirlik X sosial media hesabında edilən açıqlamada məsələ ilə bağlı məlumat verib.Yəmənin xarici işlər naziri Şai Möhsün Zindaninin və suriyalı həmkarı Əsəd Həsən Şeybaninin göstərişlərinə uyğun olaraq, Yəmənin Suriyadakı səfirliyinin tarixi və görkəmli əlaqələrin əksi olaraq aprelin 27-dən etibarən fəaliyyətini bərpa edəcəyini bildiririk”, - deyə məlumatda bildirilib .Qeyd olunub ki, müvəqqəti işlər vəkili vəzifəsinə müşaviri Məhəmməd İzzi Bakir təyin edilib.

Bildirilib ki, Yəmənin Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməsi “iki ölkə və iki qardaş xalq arasında münasibətlərdə tarixi və diplomatik dönüş nöqtəsi” təşkil edib.Bəyanatda Yəmən dövlətinin və onun qanuni təsisatlarının mövcudluğunun vacibliyi vurğulanıb və səfirliyin fəaliyyətinin bərpasının ikitərəfli əlaqələri gücləndirəcəyinə və müxtəlif sahələrdə yeni əməkdaşlığa imkan yaradacağına ümid edilib.Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarəti ələ keçirib.Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri isə 2015-ci ilin mart ayından Husilərə qarşı Yəmən hökumətinə dəstək verir.
Mənbə:TRT HABER
Tərcümə etdi:Fidan Fərhad
