ABŞ prezidenti Donald Tramp onlarla ölkədən o cümlədən, müttəfiq kimi gördüyü bəzi ölkələrdən idxal edilən mallara rüsumları artırıb.

Donald Tramp vəzifəyə gəldikdən sonra ticarətə diqqət yetirərək, bir neçə ölkəyə yüksək tariflər tətbiq edib. O, ticarət tərəfdaşlarının ABŞ-dən çoxdan istifadə etdiyini və idxalın yerli sənayeyə mənfi təsir etdiyini iddia edir. Donald Trampın ən böyük və ən mübahisəli addımlı sərəncamı dünyanın bir çox ölkəsinə tariflər tətbiq edib. Bu, birjanın çökməsinə səbəb olub və qlobal ticarət müharibəsi ilə bağlı narahatlıqları artırıb.Ağ Ev 90 günlük fasilənin Donald Trampın planının bir hissəsi olduğunu və onun hər bir ölkə ilə ayrı-ayrılıqda danışıqlar aparacağını bildirib.
Mənbə: BBC NEWS
Tərcümə etdi: Səmayə Səftərova
