Bu gün:

Bu film “Uelsi dünya kino xəritəsinə qoyacaq”


Netflix-in yeni aksiyon trilleri Havocun arxasında duran komanda bu filmin “Uelsi dünya kino xəritəsinə qoyacağını” deyir.

Tom Hardinin “yorğun” bir detektivi canlandırdığı Havoc uğursuz nəticələnən bir narkotik alqı-satqısından sonrakı hadisələri təsvir edir. Filmin hadisələri adlandırılmayan ABŞ şəhərində baş versə də, avtomobil təqibləri və atışmalar da daxil olmaqla bütün səhnələr Uelsdə çəkilib. 

Hardi və həmkarı Forest Whitaker 2021-ci ildə cənubi Uelsdə çəkiliş zamanı görülsə də, istehsal pandemiya və ABŞ-də baş verən ssenaristlər tətili səbəbindən bir neçə dəfə təxirə düşüb. 

“The Raid” filmi və “Gangs of London” serialı ilə tanınan Evans Tom Hardinin həm baş rolda, həm də prodüser olaraq layihəyə qoşulmasını “möhtəşəm” adlandırıb.

Mənbə: BBC News

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et