Bu gün:

Donald Tramp Rusiyanın zərbələrinə qarşı etirazını açıqlayıb


ABŞ prezidenti Donald Tramp Rusiyanın Kiyevə ölümcül zərbə endirməsindən “məmnun olmadığını” və prezident Vladimir Putinin “dayandırmalı” olduğunu deyib, lakin Rusiyaya qarşı əlavə tədbirlər görülüb-görülməyəcəyini açıqlamayıb.

Cümə axşamından keçən gecəyə qədər Ukrayna paytaxtına hücumlar nəticəsində azı 12 nəfər ölüb, onlarla insan yaralanıb.

ABŞ prezidenti Kiyevin ötən iyuldan bəri gördüyü ən qanlı hücumlardan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün hər iki tərəfə "çox təzyiq göstərdiyini" bildirib.

Bu, iki ölkə arasında sülh sazişi əldə etmək üçün edilən sonuncu cəhddir. Həmçinin ABŞ prezidenti isə ötən ilki seçki kampaniyasında bu işi tezliklə həll edə biləcəyini bildirib. 


Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et