Hindistan Cammu və Kəşmirin Pahalqam rayonunda baş verən terror aktından sonra Hind Suları Müqaviləsini dayandırıb. Yeni Dehlidə ezam olunmuş pakistanlı məsləhətçilərindən bir həftə ərzində ölkəni tərk etmələrini istəyib.

Press Trust of India (PTI) xəbər verir ki, Baş nazir Narendra Modinin rəhbərliyi altında Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsinin (CCS) iclasında Pahalqamdakı terror aktı müzakirə edilib. Modinin hücumla bağlı ətraflı məlumat verildiyi görüşdə terror aktı ilə sərhədlərarası əlaqələrin aşkarlanması istiqamətində görülən işlər müzakirə edilib.
Hindistanın xarici işlər naziri Vikram Misri keçirdiyi mətbuat konfransında iclasda qəbul edilən qərarların təfərrüatlarını açıqlayıb.
Misri Pakistanın Yeni Dehlidəki səfirliyindəki hərbi müşavirələrin, o cümlədən dəniz və hava qüvvələrinin “persona non qrata” elan edildiyini və müşavirlərə Hindistanı tərk etmələri üçün bir həftə vaxt verildiyini bildirib.
1960-cı ildə Hindistan və Pakistan arasında imzalanan "Hind Suları Müqaviləsi"nin dayandırıldığını bildirən Misri "Pakistan sərhədlərarası terrora verdiyi dəstəyi etibarlı və geri dönməz şəkildə rədd edənə qədər müqavilə dərhal dayandırılacaq",- deyib.
Mənbə: CNN Türk
Tərcümə etdi: Səyyarə Mirzəyeva
