Ukrayna prezidentinin Kiyevin Rusiyanın Krım üzərində nəzarətini tanımayacağını deməsindən sonra ABŞ prezidenti Donald Tramp Volodimir Zelenskini sülh danışıqlarına zərər verməkdə ittiham edib.
Truth Social-da yazan Tramp, müharibəni bitirmək üçün razılaşmanın çox yaxın olduğunu iddia edib, lakin Zelenskinin ABŞ şərtlərini qəbul etməkdən imtina etməsi münaqişəni uzadmaqdan başqa heç nə etməyəcək.
ABŞ-nin vitse-prezidenti Cey Di Vans daha əvvəl bildirib ki, əgər razılaşma əldə olunarsa, ABŞ bu sazişi dəstəkləyəcək və ərazi xətləri təxminən hazırkı vəziyyətdə dondurulacaq.
Ukrayna uzun müddətdir ki, 2014-cü ildə Rusiya tərəfindən qeyri-qanuni ilhaq edilmiş cənub yarımadası Krımdan imtina etməyəcəyini bildirib. Vans bildirib ki, bu razılaşma Ukrayna və Rusiyanın hər ikisi hazırda sahib olduqları ərazilərin bir hissəsindən imtina etməli olacaqlar.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov
